26 dekabr 2025. Cümə

"Real" "Bayer"in müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 10:22 10.10.2024
  • Oxunma sayı: 162
"Real" "Bayer"in müdafiəçisini transfer etmək istəyir

"Real Madrid"  "Bayer"in müdafiəçisi Conatan Tanı transfer etmək istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Kristian Falk "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O “kral klubu”nun nümayəndələrinin 2025-ci ilin yayında azad agent olacaq 28 yaşlı futbolçunun agenti ilə artıq danışıqlar apardığını qeyd edib.

Ta ilə "Real Madrid"dən başqa alman məşqçi Hans-Diter Flikin çalışdığı "Barselona" da maraqlanır.

Bundan əvvəl mətbuatda müdafiəçinin transferinə əsas namizədin “Bavariya” olması ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Conatan Ta bu mövsüm Almaniya çempionatında "Bayer"in heyətində 6 oyun keçirib və bu oyunda 1 qol vurub, 1 sarı vərəqə alıb.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a