16 may 2026. Şənbə

Eriksen keçmiş klubuna qayıda bilər

gələn mövsümdə keçmiş klubu "Ayaks"a qayıtmağa yaxındır.


  • Transfer
  • 12:14 12.10.2024
  • Oxunma sayı: 201
Eriksen keçmiş klubuna qayıda bilər

"Mançester Yunayted"in futbolçusu Kristian Eriksen karyerasını sabiq klubu "Ayaks"da davam etdirə bilər.

90deqiqe.Az “The Sun”a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi danimarkalı yarımmüdafiəçi ilə maraqlanır.  "Ayaks" klubu hazırda futbolçunun agenti ilə danışıqlar aparır.

"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatacaq olan 32 yaşlı futbolçunun "Ayaks"a azad agent statusunda keçəcəyi gözlənilir.

Xatırladaq ki, Eriksen karyerasına "Ayaks"da başlayıb və 2013-cü ildə "Tottenhem"ə transfer olub. Futbolçu "İnter" və "Brentford"da da top qovub.

 

 







Transfer