12 aprel 2026. Bazar günü

Bekhem 3-cü transferini reallaşdırdı


  • Transfer
  • 17:51 07.08.2019
  • Oxunma sayı: 523
Bekhem 3-cü transferini reallaşdırdı

2020-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparacaq “İnter Mayami” klubu heyətini yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin prezidenti olduğu klub Venesuelanın “Zamora” klubundan Kristian Makounu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“İnter Mayami” MLS-də 2020-ci ildən mübarizə aparacağı üçün 19 yaşlı müdafiəçini əvvəlki klubuna 1 illik icarəyə verib.

Qeyd edək ki, “İnter Mayami” bir müddət əvvəl “Estudiantes”dən Matias Pelleqrinini və “Banfild”dən Xulian Karransanı transfer etmişdi.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”