22 oktyabr 2024. Çərşənbə axşamı

"Real" Karvaxala əvəzləyici tapıb


  • Transfer
  • 16:51 12.10.2024
  • Oxunma sayı: 83
"Real" Karvaxala əvəzləyici tapıb

"Yuventus"un müdafiəçisi Andrea Kambiaso karyerasını "Real"da davam etdirə bilər.

90deqiqe.Az "Tuttosport"a istinadən xəbər verir ki, Los Blankos klubu 24 yaşlı futbolçunu ciddi zəbə səbəbindən mövsümün qalan hissəsini buraxacaq sağ cinah müdafiəçisi Daniel Karvaxala əvəzləyici olaraq görür.

"Kral klubu" italyan oyunçunun agenti ilə artıq danışıqlara başlayıb.

İspaniya nəhəngi əgər razılıq baş tutacağı təqdirdə, gənc futbolçunu qış transfer pəncərəsi zamanı heyətinə qatacaq.

Bu mövsüm Kambiaso bütün yarışlarda doqquz matçda iştirak edib və bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Transfer