22 oktyabr 2024. Çərşənbə axşamı

Onun üçün 3 klub mübarizə aparacaq


  • Transfer
  • 22:11 12.10.2024
  • Oxunma sayı: 92
Onun üçün 3 klub mübarizə aparacaq

Üç klub "Bavariya"nın vingeri Leroy Sanenin transferi uğrunda mübarizə aparmağa hazırdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

 O "Bavariya"nın maaş azaldılması şərtiylə 28 yaşlı futbolçu ilə müqaviləni uzatmaq istədiyini lakin futbolçunun bu təklifə müsbət baxmadığını qeyd edib.  Hazırda Sane üçün əsas namizədlər "Barselona", "Arsenal" və "Nyukasl"dır. Hər üç klub alman vingeri azad agent kimi transfer etməyi düşünür.

Alman futbolçunun Bundesliqa nəhəngi ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Leroy Sane 2020-ci ildən "Bavariya"nın şərəfini qoruyur. Transfermarkt portalı onun transfer dəyərini 60 milyon avro qiymətləndirir.







Transfer