- Transfer
- 20:24 13.12.2024
"Çelsi" klubunun müdafiəçisi Ris Ceyms növbəti transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az "Football Transfers"ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun agentləri müdafiəçinin klub qeydiyyatını dəyişərək daha isti iqlimi olan ölkəyə köçməsini istəyir.
İngilis futbolçunun xidmətləri "Barselona" və "Benfika" klublarına təklif olunub.
Qeyd edək ki, ingilis hazırda digər zədəsini sağaldır. Ümumilikdə Ceyms zədə səbəbindən "Çelsi"nin heyətində 129 matçı buraxıb. Xatırladaq ki, Ris Ceyms ötən mövsüm İngiltərə çempionatında "pensionerlər"in heyətində on oyun keçirib, iki məhsuldar ötürmə edib və iki qırmızı vərəqə alıb.