17 avqust 2026. Bazar ertəsi

David Luis Çelsi'nin məşqinə çıxmadı


  • Transfer
  • 20:33 07.08.2019
  • Oxunma sayı: 462
David Luis Çelsi'nin məşqinə çıxmadı

Çelsi'nin futbolçusu David Luis klubu ilə məşqə çıxmaqdan imtina edib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi "Arsenal"a keçmək istədiyi üçün bu addımı atıb. Bildirilir ki, "Çelsi" ona qoyulan transfer qadağası səbəbindən braziliyalı futbolçunu satmağı planlaşdırmır. D.Luis isə bu qərara etiraz olaraq komandasının son məşqinə çıxmayıb.

Qeyd edək ki, D.Luis 2016-cı ildə PSJ-dən "Çelsi"yə transfer olunub.







Transfer