22 oktyabr 2024. Çərşənbə axşamı

Poqba karyerasını MLS-də davam etdirə bilər


  • Transfer
  • 14:44 14.10.2024
  • Oxunma sayı: 71
Poqba karyerasını MLS-də davam etdirə bilər

"Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqba karyerasını ABŞ-da davam etdirə bilər.

90deqiqe.Az "Tuttosport"A istinadən xəbər verir ki, 31 yaşlı futbolçu iki məşhur həmyerlisinin - qapıçı Uqo Lloris və hücumçu Olivye Jirunun oynadığı "Los-Anceles" klubuna keçə bilər.

MLS təmsilçisi fransalı futbolçu ilə artıq mümkün transferi müzakirə edib.

Pol Poqbanın antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddəti bir il yarıma endirilib, yarımmüdafiəçi 2025-ci ilin əvvəlində məşqlərə qayıda biləcək. Futboldan uzaqlaşdırılma müddətinin yumşaldılması qərarı “Yuventus”un Poqba ilə əməkdaşlığa son qoymaq istəyinə təsir etməyib. MLS-in müntəzəm mövsümünün bitməsinə bir tur qalmış Los-Anceles 61 xalla Qərb Konfransının turnir cədvəlində 2-ci yerdədir.







Transfer