- Transfer
- 14:41 24.11.2024
"Tottenhem"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını Fransada davam etdirə bilər.
90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Lill" klubu ingilis futbolçunu heyətinə qatmaq niyyətindədir.
Fransa klubunun rəhbərliyi 2024-cü ilin yayından azad agent statusu daşıyan 28 yaşlı futbolçu ilə danışıqlar aparır və yaxın günlərdə müqavilə imzalamağı düşünür.
Allinin son klubu yarımmüdafiəçinin icarə əsasında çıxış etdiyi Türkiyənin "Beşiktaş" klubu olub. Xatırladaq ki, "Lill"in hazırda milliyə çağırılan bir ingilis, yəni yarımmüdafiəçi Anxel Qomez var.