- Transfer
- 23:17 10.12.2024
"Milan" gələn yay hücumçu Conatan Davidin transferi ilə bağlı "Lill"lə razılığa gəlməyə çalışmaq istəyir.
90deqiqe.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Lill"lə yeni müqavilə imzalamaq istəmədiyindən, bu mövsüm başa çatdıqdan sonra forvard azad agent statusu alacaq.
İtaliya nəhəngi kanadalı forvardı transfer etməkdə maraqlıdır. Conatan "Lill"də birlikdə çalışdığı "rossoneri"nin baş məşqçisi Paulo Fonseka ilə yaxşı tanışd olduğu üçün bu transferə müsbət baxır.
Qeyd edək ki, Davidin xidmətində "Atletiko Madrid", "Barselona", "İnter" və Turinin "Yuventus" klubları da maraqlıdır.
Xatırladaq ki, bu mövsüm Conatan David beş qol vurduğu “İtlər”in tərkibində Fransa liqasında yeddi oyun keçirib.