- Transfer
- 15:17 11.03.2026
"Real" Neymar üçün PSG-yə yeni təklifini göndərib.
Corner.az "sport.es"ə istinadən xəbər verir ki, Madrid klubunun 27 yaşlı hücumçu üçün Paris təmsilçisinə Luka Modriç və 120 milyon avro verməyə hazır olduğu bildirilib.
Braziliyalı futbolçu bu təkliflə razılaşacağı təqdirdə, transferin tamamlanacağı iddia edilib.
Qeyd edək ki, Neymar 2017-ci ildən "Barselona"dan 222 milyon avroya PSJ-yə transfer olunub.