18 oktyabr 2024. Cümə

"Barselona" da onun uğrunda mübarizəyə qoşulur


  • Transfer
  • 11:34 17.10.2024
  • Oxunma sayı: 67
"Barselona" da onun uğrunda mübarizəyə qoşulur

"Bavariya"nın müdafiəçisi Alfonso Deyvis karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fernando Polo "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Kataloniya klubunun 2025-ci ilin yayında azad agentə çevriləcək 23 yaşlı  futbolçunu almaq üçün Madridin “Real”ı ilə rəqabət aparmaq niyyətində olduğunu qeyd edib.

Kanadalı futbolçu Münhen klubu ilə yeni müqavilə imzalamamaq qərarına gəlib. Futbolçunun xidmətində "Real Madrid" və "Barselona" ilə yanaşı, Premyer Liqanın komandaları da maraqlanır.

Xatırladaq ki, bu mövsüm Alfonso Davies “Bavariya”nın heyətində Almaniya çempionatında 5 oyun keçirsə də, heç bir qol və məhsuldar ötürmə etməyib.







Transfer

"Real" yeni futbolçu tapıb
  • Transfer
  • 11:05 15.10.2024
"Real" yeni futbolçu tapıb