18 oktyabr 2024. Cümə

“Mançester Yunayted”in baş məşqçi planı


  • Transfer
  • 20:45 17.10.2024
  • Oxunma sayı: 31
“Mançester Yunayted”in baş məşqçi planı

“Mançester Yunayted”in baş məşqçisi postuna namizədlər siyahısına daha bir mütəxəssis əlavə olunub. 

90deqiqe.Az "Ajansspor"a istinadən xəbər verir ki, Erik ten Haqın yerinə çalışdırıcı axtaran mançesterlilər Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanı bu vəzifədə görmək istəyir.

“Qırmızı şeytanlar”ın rəhbərliyi  50 yaşlı çalışdırıcı ilə artıq ilkin danışıqlar üçün də təklif göndərib.

İtaliyalı mütəxəssis 2023-cü ilin sentyabrında Türkiyə millisinin baş məşqçisi vəzifəsinə keçib. Bu müddətdə onun rəhbərliyi altında Türkiyə millisi bütün turnirlərdə 17 oyun keçirib, doqquz dəfə qalib gəlib, üç dəfə heç-heçə edib, beş dəfə isə məğlub olub.

Montella Türkiyə millisinə rəhbərlik etməzdən əvvəl "Milan", "Sevilya", "Fiorentina" və "Roma"nı çalışdırıb.







Transfer

"Real" yeni futbolçu tapıb
  • Transfer
  • 11:05 15.10.2024
"Real" yeni futbolçu tapıb