- Transfer
- 23:54 22.11.2024
"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az "Caught Offside"yə istinadən xəbər verir ki, “topçular” artıq serb futbolçunun transferi ilə bağlı Turin klubu ilə danışıqlar aparır. London klubu 24 yaşlı futbolçunu transfer etmək üçün 60 milyon avro ödəməyə hazırdı.
Vlahoviçlə razılığa gələ bilməyən "qoca sinyora" oyunçu ilə 30 iyun 2026-cı ilə qədər qüvvədə olan müqaviləsində göstərilən müəyyən məbləğin ödənilməsi şərtiylə gələn yay onunla yolların ayıracaq.
Xatırladaq ki, Vlahoviç cari mövsümdə "Yuventus"un heyətində 10 oyunda meydana çıxıv və 7 qol vurub. Transfermarkt portalına görə futbolçunun dəyəri 65 milyon avrodur.