21 noyabr 2024. Cümə axşamı

Ukraynalı futbolçu üçün 78 milyon avro


  • Transfer
  • 15:41 21.10.2024
  • Oxunma sayı: 58
Ukraynalı futbolçu üçün 78 milyon avro

"Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az "Daily Express"ə istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi London təmsilçisinin maraq dairəsindədir. İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb. “Təqaüdçülər”in rəhbərliyi Sudakovun transferi üçün 78 milyon avro ödəməyə hazırdır.

Xatırladaq ki, London təmsilçisində hazırda bir ukraynalı var. Söhbət cinah hücumçusu Mixail Mudrikdən gedir. Sudakov 2024/2025 mövsümündə 11 döyüş keçirib. Yarımmüdafiəçi yeddi qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt onu 35 milyon avro qiymətləndirir.







Transfer