3 iyul 2026. Cümə

Rüdiger gələcəyi ilə bağlı qərar verib


  • Transfer
  • 12:57 22.10.2024
  • Oxunma sayı: 168
Rüdiger gələcəyi ilə bağlı qərar verib

"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger gələcəyi ilə bağlı qərar verib.

90deqiqe.Az "Relevo"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu "Real Madrid"lə müqaviləsini başa vurduqdan sonra Səudiyyə Ərəbistanına keçmək istəyir.

Almaniyalı oyunçu təklif gələcəyi təqdirdə Səudiyyə Ərəbistanı klublarından biri ilə müqavilə bağlamağı nəzərdən keçirəcək.

Qeyd edək ki, müdafiəçinin "Real"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Rudiger 2022-ci ilin yayından Los Blancos-da oynayır. Alman daha əvvəl "Çelsi", "Roma" və "Ştutqart"da çıxış edib. Xatırladaq ki, bu mövsüm Antonio Rudiger Madrid komandasının heyətində İspaniya çempionatında on oyun keçirib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır