22 oktyabr 2024. Çərşənbə axşamı

Dibala məşhur İspaniya klubu ilə müqavilə imzalaya bilər


  • Transfer
  • 17:52 22.10.2024
  • Oxunma sayı: 29
Dibala məşhur İspaniya klubu ilə müqavilə imzalaya bilər

"Roma"nın hücumçusu Paulo Dibalanın İspaniya çempionatında çıxış edə bilər.

90deqiqe.Az  “Todofichajes”ə istinadən xəbər verir ki, argentinalı forvardın transferində "Sevilya" maraqlıdır. Əndəlus klubu 30 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Artıq tərəflər arasında danışıqlara da başlanılıb.

Dibalanın paytaxt klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. Transfermarkt portalı hücumçunun bazar dəyərini 12 milyon avro qiymətləndirir. İtaliya çempionatının bu mövsümündə Paulo altı oyun keçirib. Hücumçu bir qolu penaltidən vurub.







Transfer