- Transfer
- 16:26 21.11.2024
Yarımmüdafiəçi Kevin De Bruyne gələn il "Mançester Siti"ni tərk edə bilər.
90deqiqe.Az “Mirror”a istinadən xəbər verir ki, belçikalı futbolçu "Mançester Siti" ilə müqaviləsinin uzatmaq niyyətində deyil.
33 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanı çempionatından çox MLS-də davam etdirməyi planlaşdırır.
De Bruyne ilə müqavilə bağlamaq üçün ən çox ehtimal olunan namizəd 2025-ci ildə MLS-də başlayacaq "San Dieqo" klubudur.
Belçikalı futbolçunun "şəhərlilər"lə hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.