- Transfer
- 16:26 21.11.2024
"Arsenal"ın və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Cek Uilşirin yeni iş yeri bəlli olub.
90deqiqe.Az-ın "kanaryalar"ın mətbuat xidmətinə istinadən məlumatına görə, 32 yaşlı mütəxəssis bubdan sonra Çempionşipdə çıxış edən "Norviç"i çalışdırıacaq.
Hazırda komanda İngiltərə divizionunun turnir cədvəlində 17 xalla 7-ci yerdədir.
Bundan əvvəl "Norviç"i Cohannes Turup Norwich çalışdırırdı. Qeyd edək ki, Uilşir son iki ildə "Arsenal" U18 komandasına rəhbərlik edib. Xatırladaq ki, Cek Uilşir 2022-ci ildə futbolçu karyerasını başa vurub. Yarımmüdafiəçinin son klubu Danimarkanın Orhus komandası olub. Uilşir “Arsenal”, “Bolton”, “Bornmut” və “Vest Hem”də də çıxış edib.