24 oktyabr 2024. Cümə axşamı

De Bruyne karyerasını MLS-də davam etdirə bilər


  • Transfer
  • 12:35 24.10.2024
  • Oxunma sayı: 22
De Bruyne karyerasını MLS-də davam etdirə bilər

"Mançester Siti"nin yarımmüdafiəçi Kevin De Bruyne karyerasını MLS-də davam etdirmək niyyətindədir.

90deqiqe.Az-ın “Get Football”a istinadən məlumatına görə, Mançester klubundan ayrılacağı təqdirdə 33 yaşlı futbolçu MLS komandalarından birinə keçməyi planlaşdırır.

Bundan əvvəl mətbuatda De Bruynenin Səudiyyə Ərəbistanı çempionatında klublardan birinə keçə biləcəyi ilə bağlı iddialar yayılsa da yarımmüdafiəçinin həyat yoldaşı buna qarşı olduğu üçün keçid baş tutmamışdı.

Belçikalının "Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Xatırladaq ki, Kevin de Bruyne bu mövsüm İngiltərə çempionatında "Citizens"in heyətində 4 oyun keçirib və bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer