25 oktyabr 2024. Cümə

Arda Gülərlə Premyer Liqanın 2 klubu maraqlanır


  • Transfer
  • 22:27 24.10.2024
  • Oxunma sayı: 29
Arda Gülərlə Premyer Liqanın 2 klubu maraqlanır

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Caught Ofsayd”a istinadən məlumatına görə, türk yarımmüdafiəçi “Arsenal” və “Liverpul”un maraq dairəsindədir.İngiltərə nəhəngləri artıq gənc futbolçunun agenti ilə danışıqlara da başlayıb.

 Arda oyun təcrübəsinin olmaması səbəbindən Madrid nəhəngindən ayrılması gözlənilir.

Türkiyə millisinin üzvü və Los Blankos arasında əmək müqaviləsi 2029-cu ilin iyun ayının sonunda başa çatır. İspaniya çempionatının cari mövsümündə yarımmüdafiəçi 7 matçda iştirak edib və bu matçlarda effektli olmayıb.Gülərin transfer qiyməti 45 milyon avrodur.







Transfer