27 oktyabr 2024. Bazar günü

"Borussiya" futbolçusuna 100 milyon avro qiymət qoyub


  • Transfer
  • 10:57 27.10.2024
  • Oxunma sayı: 28
"Borussiya" futbolçusuna 100 milyon avro qiymət qoyub

"Borussiya Dortmund"un vingeri Ceymi Bano-Gittens İngiltərə Premyer Liqasının bir sıra klublarının maraq dairəsindədir.

90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, 20 yaşlı futbolçunu “Çelsi”, “Arsenal” və “Tottenhem”, eləcə də “Liverpul” futbolçunu öz sıralarına qatmaq istəyir.

Alman klubu potensial alıcılarına futbolçunu 100 milyon avrodan aşağı satmayacaqlarını açıqlayıb.

Eyni zamanda, Transfermarkt portalı onun dəyərini 35 milyon avro qiymətləndirir. Bu mövsüm Ceymi 12 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun Bamblebees ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.







Transfer