- Transfer
- 21:04 12.11.2024
Səudiyyə Ərəbistanının futbol üzrə milli komandasının yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, fransalı mütəxəssis Herve Renard növbəti dəfə ərəblərin "sükanı arxasına" keçib.
Renard 2019-2023-cü illərdə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsində çalışıb. Onların mentorunun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatına çıxmağı bacarıb.
Renard Səudiyyə Ərəbistanından başqa, Qana, Zambiya, Anqola, Kot-d'İvuar və Mərakeş yığmalarını da çalışdırıb. Zambiya ilə mentor 2012-ci ildə Afrika Millətlər Kubokunu, 2015-ci ildə Kot-d'İvuarla qalib gəlib.
Daha əvvəl komandanın Roberto Mançini ilə müqaviləyə xitam verdiyi məlum olub. İddialara görə, o, qeyri-qənaətbəxş nəticələrə, eləcə də futbolçularla münasibətlərinin pisləşməsinə görə Səudiyyə komandasının məşqçisi vəzifəsini tərk edib.