- Transfer
- 23:54 22.11.2024
"Bavariya"nın yarımmüdafiəçi Camal Musiala klubunu dəyişə bilər.
90deqiqe.Az-ın “Fichajes”ə istinadən məlumatına görə, alman oyunçu ilə İngiltərə Premyer Liqasının üç aparıcı klubu - "Çelsi", "Liverpul" və "Mançester Yunayted" klubları maraqlanır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Musialanın "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 21 yaşlı futbolçunu 130 milyon avro dəyərləndirirlər.