- Transfer
- 13:48 03.11.2024
"Milan"ın düşərgəsindəki mövqeyindən narazılığını göstərən cinah oyunçusu Rafael Leao karyerasını "Barselona"da davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, "rossoneri"lərin baş məşqçi Paulo Fonsekanın rəhbərliyi altında komandada liderlik mövqeyini itirməsi portuqaliyalı forvardın xoşuna gəlmir və bu səbəbdən onun transfer dəyəri aşağı düşür. Bu vəziyyətdən "mavi qranatlar" faydalanmaq niyyətindədir.
Kataloniya klubu bu yay 25 yaşlı futbolçu ilə müqavilə imzalayacaq hücumçular siyahısına daxil edib.
Bu mövsüm Leau bütün yarışlarda 11 matçda iştirak edib və bu matçlarda bir qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.