- Transfer
- 20:39 09.12.2024
DÇ-2014-ün ən yaxşı oyunçusu Xames Rodriqes bu qış transfer pəncərəsində "Rayo Valyekano" klubunu tərk edə bilər.
90deqiqe.Az-ın “Caracol Radio”ya istinadən məlumatına görə, kolumbiyalı futbolçu La Liqa klubunda oynadığı vaxtdan narazıdır.
33 yaşlı futbolçu komandanın baş məşqçisi İniqo Pereslə münasibətdən də razı deyil.
"Latsio" klubu "Rayo Valyekano"dan ayrılacağı təqdirdə Xameslə danışıqlara başlayacaq.
Xatırladaq ki, Rodriqes ötən yay "Rayo" klubuna keçib. Kolumbiyalı klubda cəmi 5 oyun keçirib.