- Transfer
- 13:13 21.11.2024
Hüquqları Dortmund "Borussiya"sına məxsus olan yarımmüdafiəçi Marsel Sabitzerin karyerasını İtaliya çempionatında davam etdirmək variantı var.
90deqiqe.Az xəbər verir ki, avstriyalı yarımmüdafiəçinin xidmətində "Yuventus" klubu maraqlıdır. Turin təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Sabitzer və "Borussiya" arasında mövcud əmək müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna kimi hesablanıb.
Potensial əməliyyat məbləği 15-20 milyon avro qiymətləndirilir. Bu mövsüm Almaniya Bundesliqasında 30 yaşlı yarımmüdafiəçi 2 sarı vərəqə aldığı səkkiz matçda iştirak edib. Marsel 2023-cü ilin yayından Dortmund komandasında çıxış edir.