- Transfer
- 21:08 11.04.2026
"Səbail"in sabiq futbolçusu Enrike Mouranın yeni klubu müəyyənləşib.
Corner.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi İsveçin QAİS klubuna keçib. Braziliyalı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Enrike Moura 2018-2019 mövsümündə "Səbail"in formasını geyinib. QAİS İsveçin səviyyəcə ikinci liqasında çıxış edir. Komanda 18 turdan sonra 16 kollektiv arasında 19 xalla 13-cü yerdə qərarlaşıb.