- Transfer
- 21:08 11.04.2026
“Vest Hem” olan Endi Kerrollun yeni klubu müəyyənləşib..
Corner.az xəbər verir ki, “Nyukasl” klubu 30 yaşlı futbolçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kerroll yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, “Nyukasl”ın yetirməsi olan Kerroll, 2011-ci ildə 41 milyon avro qarşılığında “Liverpul”a keçmişdi. 2013-cü ildə “Vest Hem”ə keçən 30 yaşlı hücumçu, 8 il sonra “Nyukasl”a qayıdıb.