- Transfer
- 21:08 11.04.2026
Qarabağ'ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" futbolçusu Lasse Şeneni satıb.
Corner.az klubun saytına istinadən xəbər verir ki, "Cenoa" klubu 33 yaşlı yarımmüdafiəçini transfer edib.
İtaliya mətbuatı A seriyası təmsilçisinin bu transfer üçün 1.5 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, L.Şene 2012-ci ildən oynadığı Hollandiya təmsilçisində 286 matçda 64 qol vurub, 52 qolun ötürməsini verib.