22 yanvar 2025. Çərşənbə

Endrik "Real"dan ayrılaraq Ronaldonun klubuna keçə bilər


  • Transfer
  • 19:48 14.11.2024
  • Oxunma sayı: 72
Endrik "Real"dan ayrılaraq Ronaldonun klubuna keçə bilər

Braziliyalı hücumçu Endrik "Real Madrid"dən ayrıla bilər.

90deqiqe.Az-ın “Super Deporte”yə istinadən məlumatına görə,  Madrid klubu istedadlı braziliyalının mütəmadi olaraq meydana çıxacağı komandaya icarəyə verilməsi imkanını nəzərdən keçirir.

"Real Madrid"in keçmiş futbolçusu Ronaldonun sahib olduğu "Valyadolid" 18 yaşlı Endriklə maraqlanır. Futbolçu ilə bağlı artıq ilkin danışıqlara da başlanılıb.

"Valyadolid" hücumda problemlər yaşayır və güclənmək üçün fürsətlər axtarır.

Komanda hazırda La Liqa cədvəlində ikincidən sonuncu pillədə qərarlaşıb. 2024/2025 mövsümündə Endrik Real Madridin on oyununda iştirak edib, o, iki qol vurub və komanda yoldaşına bir məhsuldar ötürmə edib.







Transfer

David Luizin yeni klubu bilindi
  • Transfer
  • 15:40 21.01.2025
David Luizin yeni klubu bilindi