- Transfer
- 16:26 21.11.2024
"Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, “Barselona” son vaxtlar “Real Madrid”, “Bavariya” və “Çelsi”nin transfer siyahısında yer alan 28 yaşlı futbolçunun transferində ciddi irəliləyiş əldə edib. Kataloniya klubunun rəhbərliyi alman futbolçunun agenti ilə ilkin razılıq əldə edib.
Bu mövsüm Ta bütün turnirlərdə 17 oyunda iştirak edib və bir qol vurub. Alman müdafiəçinin Bayer Leverkuzen ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun dəyəri 30 milyon avrodur.