20 dekabr 2025. Şənbə

Messinin yeni komandasının baş məşqçisi müəyyənləşib


  • Transfer
  • 23:02 22.11.2024
  • Oxunma sayı: 189
Messinin yeni komandasının baş məşqçisi müəyyənləşib

Argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi Amerikanın “İnter Mayami” klubuna kimin rəhbərlik edəcəyi məlum olub.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı Xavyer Maskerano MSL-in müntəzəm mövsümünün hazırkı qalibinin yeni mentoru olacaq, tərəflər artıq lazımi sənədləri hazırlayır.

Bir vaxtlar Messi, Suares, Buskets və hazırda İnter Mayamidə çıxış edən Alba ilə birlikdə "Barselona"da (2010-2018) çıxış edib.

Daha əvvəl "İnter Mayami"nin hazırkı baş məşqçisi Xerardo Martinonun öz istəyi ilə klubu tərk edib.

Qeyd edək ki, Maskerano hazırda Argentinanın gənclər yığmasını çalışdırır.







Transfer