- Transfer
- 22:31 13.05.2026
Qarabağ'ın yarımmüdafiəçisi Abdullah Zubirin agenti Sem Nordin özünün Feysbuk səhifəsində “Qarabağ”ın APOEL-ə vurduğu ikinci qolun videosunu paylaşıb.
Corner.az xəbər verir ki, həmin qolun ötürməsini məhz Zubir edib. Sem Nordin videoya yazdığı sözlərdə isə APOEL-ə söz atıb: “Bu, ağrılıdır”.
Kipr mətbuatı yazır ki, Nordin bununla bir neçə il əvvəl Zubiri almaqdan imtina edən APOEL-ə sataşıb.
Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə “Qarabağ”ın Kiprdəki görüşündə Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib. Bu komandaların cavab oyunu avqustun 13-ü Bakıda keçiriləcək.(qol)