- Transfer
- 20:24 13.12.2024
"Barselona"nın müdafiəçiləri Jules Kunde və Ronald Arauxo karyeralarını İngiltərə Premyer Liqasında davam etdirə bilərlər.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, “Çelsi” klubu adıçəkilən oyunçuların xidmətində maraqlıdır. Londonlular müdafiə xəttindəki iki futbolçuya görə ümumilikdə 150 milyon avro ödəməyə hazırdırlar.
Kounde bu mövsüm "Barselona"nın heyətində 18 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Araujo zədə səbəbindən bu mövsüm hələ meydana çıxmayıb. 12 oyunun nəticəsinə əsasən, "Çelsi" 22 xal və buraxdığı 14 qolla Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir.