30 iyun 2026. Çərşənbə axşamı

Valverde'dən Neymar açıqlaması - Bu barədə düşünmürəm


  • Transfer
  • 13:48 10.08.2019
  • Oxunma sayı: 538
Valverde'dən Neymar açıqlaması - Bu barədə düşünmürəm

Barselona'nın baş məşqçisi Ernesto Valverde Neymarın transferi ilə bağlı xəbərlərə münasibət bildirib.

Corner.az “AS” qəzetinə istinadən xəbər verir ki, o, hazırda bununla bağlı düşünmədiyini deyib.

“Mən Neymar yox, “Napoli” ilə oyun haqda fikirləşirəm. Nə olacağını bilmirik. Hazırda bu barədə xəbərlər sadəcə fərziyyələrdir. O, başqa yerdədir. Mən isə əlimdə olan futbolçularla çalışıram” – deyə Valverde bildirib.







Transfer