- Transfer
- 15:17 11.03.2026
"Qarabağ”dan ayrılan İnnosent Emeqara karyerasını Türkiyədə davam etdirəcək.
Corner.az xəbər verir ki, 30 yaşlı fubolçu Türkiyənin 1-ci liqasında mübarizə aparan “Fatih Karagümrük”lə müqavilə bağlayıb. Bu barədə klub özünün “facebook” səhifəsində xəbər verib. Müqavilənin detalları haqqında açıqlama verilməyib.
Qeyd edək ki, 2014-2015-ci illərdə “Qarabağ”da çıxış edən nigeriyalı hücumçu, 2018-ci ildə yenidən Ağdam təmsilçisinə qayıtmışdı.