- Transfer
- 15:17 11.03.2026
Roma Liverpul'un futbolçusu Deyan Lovreni transfer etmək istəyir.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya klubu xorvatiyalı müdafiəçini icarəyə götürmək üçün Liverpul'a 2 milyon avro təklif edib. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.
Qeyd edək ki, 30 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2021-ci ilin iyununda başa çatır.