21 dekabr 2025. Bazar günü

"Çelsi" ekvadorlu üçün 60 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 22:06 04.12.2024
  • Oxunma sayı: 213
"Çelsi" ekvadorlu üçün 60 milyon avro ödəməyə hazırdır

PSJ-nin mərkəz müdafiəçisi Vilian Paço karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az "TodoFichajes”ə istinadən xəbər verir ki, London klubu 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Çelsi" ekvadorlu üçün təxminən 50 milyon funt-sterlinq (təxminən 60 milyon avro) ödəməyə hazırdır.

 Vilyan Paço yay transferi zamanı "Ayntraxt Frankfurt"dan PSJ-yə 40 milyon avroya keçib. Mərkəz müdafiəçisi Liqa 1 və Çempionlar Liqasında Luis Enrikenin komandalarında 16 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub.







Transfer