- Transfer
- 23:48 18.02.2025
"Bolonya"nın yarımmüdafiəçisi Lyuis Ferqyuson qışda klubunu dəyişə bilər.
90deqiqe.Az "Daily Record”a istinadən xəbər verir ki,"Milan" şotlandiyalı futbolçu ilə maraqlanır. "Rossonerilər” adından danışıqları əfsanəvi isveçli Zlatan İbrahimoviç artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Ferqyuson ciddi diz zədəsindən bu yaxınlarda sağalıb.
Bu mövsüm "Bolonya"nın 25 yaşlı kapitanı klubunun 4 oyununda iştirak etsə də, qol vura bilməyib. Ferqyusonun Bolonya ilə hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir və daha bir mövsüm uzadılması mümkündür. Lyuisin transfer qiyməti 24 milyon avro olaraq qiymətləndirilir.