- Transfer
- 23:52 20.12.2025
PSJ klubu "Sportinq"in hücumçusu Viktor Qyokeresi almaq üçün yarışmayacaq.
90deqiqe.Az “Footmercato”ya istinadən xəbər verir ki, parislilər isveçlinin transferi üçün yarışda iştirak etməmək qərarına gəlib
26 yaşlı futbolçu ilə demək olar ki, bütün Avropanın aparıcı klublarının hədəfindədir.
Forvardın qol vurmasına baxmayaraq, Liqa 1 nəhənginin baş məşqçisi Luis Enrike futbolçunun komandasına uyğun olmadığını düşünür.
Viktor Győkeres bu mövsüm "Sportinq"in heyətində 21 matçda 24 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı lissabonlu ulduzun qiymətini 70 milyon avro qiymətləndirib.