- Transfer
- 18:38 24.11.2024
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əslən cənubi azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıb. Güneyli soydaşımız "Sumqayıt"ın heyətində 70 nömrəli formada çıxış edəcək.
Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Persopolis" (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).
26 yaşlı futbolçu 2014-cü ilin aprelində İran yığma komandasına dəvət alıb. Karluş Keyruşun dönəmində milliyə çağırılan futbolçu Anqola və Belarusla yoldaşlıq görüşlərində 85 dəqiqə meydanda olub.