- Transfer
- 22:34 11.12.2024
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Avropanın dörd top klubunun hədəfinə çevrilib
90deqiqe.Az “El Nacional”a istinadən xəbər verir ki, "Barselona", "Real Madrid", "Bavariya" və PSJ gələn yay transfer pəncərəsindı norveçli forvard üçün təklif göndərəcək.
Bildirilir ki, Erlinq Haaland "Mançester Siti" ilə yeni müqaviləsinə 100 milyon avroluq birdəfəlik alma variantını daxil etmək istəyir.
Ümumilikdə Erlinq Haaland “Mançester Siti”nin heyətində 119 rəsmi oyun keçirib, bu oyunda 108 qol vurub və tərəfdaşlarına 15 məhsuldar ötürmə verib. Nüfuzlu Transfermarkt portalı 24 yaşlı norveçlini 200 milyon avro dəyərində qiymətləndirir.