- Transfer
- 21:05 21.01.2025
Ole Qunnar Sulşer yenidən "Molde" klubunun baş məşqçisi olmaqdan imtina edib.
90deqiqe.Az xəbər verir ki, "Molde" klubunun rəhbərliyi təcrübəli mütəxəssislə əlaqə saxlasa da, 51 yaşlı çalışdırıcı bu təkliflə razılaşmayıb.
Bundan əvvəl təcrübəli mütəxəssis bu komandanın sükanı arxasında iki dövr keçirib - 2011-2013 və 2015-2018.
Sulşer üç ildən çoxdur ki, məşqçisizdir. 2021-ci ilin noyabrında Ole Qunnar üç ilə yaxın işlədiyi "Mançester Yunayted"dən ayrılıb. "Molde" son Norveç çempionatını turnir cədvəlində yalnız beşinci yerdə başa vurub. Komanda sonuncu dəfə 2022-ci ildə çempion olub.