- Transfer
- 23:59 25.12.2024
"Mançester Yunayted"in hücumçusu Markus Reşford bu mövsüm başa çatdıqdan sonra klubunu dəyişə bilər.
90deqiqe.Az “Caught Offside”ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində "Bavariya", "PSJ" və "Barselona" maraqlıdır. İngilis futbolçunu almaq üçün əsas namizədlər 2025-ci ilin yayında forvard üçün təxminən 40 milyon avro ödəməyə hazır olan kataloniyalılar hesab olunur.
“Qırmızı şeytanlar” Reşfordun transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.
Xatırladaq ki, bu mövsüm Markus Reşford İngiltərə çempionatında "Mançester Yunayted"in heyətində 15 oyun keçirib və bu oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib.