- Transfer
- 23:11 17.12.2024
"Monako"nun müdafiəçisi Kayo Enrike karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, qış transfer pəncərəsi zamanı "Monako"dan ayrılmağı planlaşdıran 27 yaşlı futbolçu ilə Kataloniya klubu maraqlanır.
"Barselona" braziliyalı futbolçunu satın alma şərti ilə icarəyə götürə biləcəyi qeyd edilir.
Xatırladaq ki, blauqrananın oyunçu ilə maraqlanması ilə bağlı söz-söhbətlər 2023-cü ildə başlayıb. Bu mövsüm müdafiəçi bütün yarışlarda 16 matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Enrikenin "Monako" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 18 milyon avrodur.