14 dekabr 2025. Bazar günü

Neymar 3-cü dəfə Messi ilə komanda yoldaşı olacaq


  • Transfer
  • 21:45 17.12.2024
  • Oxunma sayı: 202
Neymar 3-cü dəfə Messi ilə komanda yoldaşı olacaq

“Əl-Hilal”ın hücumçusu Neymar karyerasını “İnter Mayami” klubunda davam etdirəcək.

90deqiqe.Az "Sky Sport Switzerland"ə istinadən xəbər verir ki, braziliyalı forvard bu barədə komanda yoldaşlarına deyib.

 Qeyd edək ki, Neymarın “Barselona”dan bir neçə keçmiş komanda yoldaşı hazırda Amerika komandasında çıxış edir. Florida klubunun rənglərini hücumçular Lionel Messi və Luis Suares, yarımmüdafiəçi Serxio Buskets və müdafiəçi Jordi Alba müdafiə edir.

32 yaşlı hücumçunun Səudiyyə klubu ilə müqaviləsi gələn ilin ortalarına qədərdir. Nəzərinizə çatdıraq ki, Neymar bu yaxınlarda çarpaz bağ zədəsindən sağalmışdı və bu səbəbdən bir ili buraxıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı