6 dekabr 2025. Şənbə

Millimizin futbolçusu klubunu dəyişir


  • Transfer
  • 11:16 12.08.2019
  • Oxunma sayı: 503
Millimizin futbolçusu klubunu dəyişir

 Millimizin futbolçusu Eddi İsrafilov çıxış etdiyi “Alkorkon” klubundan ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi yeni mövsümdən digər Sequnda təmsilçisi “Albasete” klubunda çıxış edəcək. İsrafilovun transferinin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Mursiya” yetirməsi olan Eddi, müəyyən vaxtlarda “Kadis”, “Eybar”, “Qranada”, “Kordoba” kimi klublarda forma geyinib. O, 10 dəfə də Azərbaycan millisinin uğurları üçün çalışıb.







Transfer