30 dekabr 2024. Bazar ertəsi

“Barselona”nın yeni hədəfi


  • Transfer
  • 22:03 19.12.2024
  • Oxunma sayı: 109
“Barselona”nın yeni hədəfi

"Leypsiq"in yarımmüdafiəçisi Xavi Simons karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Kataloniya təmsilçisi Almaniya klubunda icarə əsasında çıxış edən 21 yaşlı futbolçu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Artıq İspaniya nəhəngi niderlandlı futbolçunun müqavilə ilə məxsus olduğu PSJ ilə ilkin danışıqlara başlayıb.

Daha əvvəl futbolçunun xidmətində “Mançester Siti”, “Bavariya” və “Mançester Yunayted”in maraqlı olduğu bildirilirdi.

Bu mövsüm Xavi bütün turnirlər də daxil olmaqla 11 matçda iştirak edib və bu matçlarda üç qol vurub və iki məhsuldar ötürmə verib. Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalı hollandiyalının dəyərini 80 milyon avro qiymətləndirir.







Transfer