3 iyul 2026. Cümə

Firmino Braziliya klubuna keçə bilər


  • Transfer
  • 11:58 22.12.2024
  • Oxunma sayı: 198
Firmino Braziliya klubuna keçə bilər

Braziliyanın "Flamenqo" klubu hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az "Bolavip"ə istinadən xəbər verir ki, komandanın idman direktoru Xose Beto müxtəlif variantları nəzərdən keçirməyə başlayıb. Kub müqaviləsi dekabrın sonunda başa çatacaq hücumçu Qabriel Barbosa ilə əvəzlənmək istəyir.

Onun yerinə “Flamenqo” “Liverpul”un keçmiş futbolçusu, hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Roberto Firminonu dəvət edə bilər.

Əngəl braziliyalının on milyon avroluq yüksək maaşı ola bilər.

Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə 33 yaşlı forvard 12 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır